Sentyabrın 10-da, saat 19:00-da XVI Bakı Caz Festivalı çərçivəsində İçərişəhər metrosu yaxınlığında rəssam emalatxanalarında “Improvised by industry” multimediya sərgisinin açılışı olacaq. Sərgi Xətai Sənət Mərkəzinin dəstəyi ilə Müasir İncəsənət Mərkəzi və Birləşmiş Rəssamlar Klubu (BRK) tərəfindən təşkil ediləcək.
Layihədə rəssamlar Hüseyn Haqverdiyev, Bəhram Xəlilov, Rüstəm Hüseynov və Arif Quluzadənin rəsmləri, instalyasiyaları, fotoşəkilləri, video sənəti və ifaları yer alacaq.
Caz musiqisi şəhər sivilizasiyasının həyatını əks etdirdiyi kimi, sənətkarlar da keçmiş dövrün qalıqlarını və mənalarını dəyişdirmək mövzusunda vizual olaraq improvizə edirlər.
Sərginin bağlanışı və yekun tamaşa sentyabrın 18-də baş tutacaq.
Tədbirdə iştirak əvvəlcədən qeydiyyat vasitəsilə mümkündür.
Qeydiyyat və əlavə məlumat üçün: +994 55 692 46 56