Bakıda küçə oyunları “fləş-mobu” davam edir. Bu haqda bu gün, 29 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Metronun “28 May” stansiyası qarşısında quraşdırılan oyunda pul və digər hədiyyələr qazanmaq mümkündür.
Belə ki, aparatda müxtəlif hədiyyələr sıra ilə asılıb və hər birinin üzərinə xüsusi yuva qoyulub. 1 AZN ödəniş etməklə oyuna başlamaq olar. Şərt odur ki, oyunçu aparata quraşdırılan xüsusi açarı kənardan idarə edərək istədiyi hədiyyənin üzərindəki yuvaya salsın. Əgər bacararsa, hədiyyə qazanır.
Oyun paytaxt sakinlərinin marağına səbəb olub və aparatın ətrafında çoxlu insan toplaşıb.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/10/video-whatsapp-2022-10-20-v-22.17.43.mp4"][/video]