Bakıda gənc rəssamların inkişafı üçün sərgi keçiriləcək. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az “Art Council Azerbaijan”a istinadən xəbər verir.
Sərgi “Start” layihəsi çərçivəsində Gənclər Gününə həsr olunacaq. Burada 31 rəssamın əl işləri nümayiş olunacaq. Məqsəd Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.
Tədbir 1-4 fevral tarixlərində “Nur Art House” qalereyasında təşkil olunacaq. Sərgi qeyd olunan günlərdə hər gün 11:00-18:00 arası keçiriləcək. Giriş pulsuzdur.