Ombudsman Səbinə Əliyeva Milli Preventiv Mexanizm çərçivəsində həbs edilmiş şəxslərin hüquqlarının təmin olunması vəziyyətini monitorinq edib. Səfərlər çərçivəsində David Klimoviç Babayan məxfi şəkildə qəbul edilib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Ombudsman tərəfindən Babayan David Klimoviç fərdi qaydada dinlənilib, onun saxlanma şəraiti və onunla rəftar, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının təmin olunması vəziyyəti öyrənilib. Ombudsman onun müraciətlərini yerindəcə cavablandırıb.
Bildirilir ki, Babayan eynəklə təmin olunub, kitabxanaya və məlumatlara çatım imkanları yaradılıb.
Babayan saxlanma şəraitindən heç bir şikayətinin olmadığını diqqətə çatdırıb və qeyd edib ki, müəssisəyə daxil olarkən tibbi müayinədən keçib. Babayan hüquqlarını qorumaq üçün vəkillə təmin olunur.