20 avqust Bakıda fərqli janrda filmlərin nümayişləri keçiriləcək. Filmlər
Caspian plazanın 2-ci mərtəbəsində və Vento Favoravel Cafetería restoranında göstəriləcək.
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən Caspian plazanın 2-ci mərtəbəsində saat 19:15-də “Axınla aşağı” filminə baxa bilərsiniz. 2 saat davam edəcək film azərbaycan dilində ingilis altyazılarla təqdim olunacaq. Nümayiş ödənişsizdir və şəxsiyyət vəsiqəsilə gəlmək tələb olunur.
Əlaqə nömrəsi: +994 70 222 95 17
İspan filmlərini tərcih edənlər saat 19:00-da Vento Favoravel Cafetería restoranına yaxınlaşa bilər. “La gran familia española” filminə baxmaq üçün 7 manat ödəniş edərək 5 manatlıq pulsuz içkini hədiyyə alacaqsınız. Film Rus dilində nümayiş olunacaq.
Əlaqə nömrəsi: +994 50 222 52 96