Bakıda şəhidin övladı dünyaya gəlib. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az “YAŞAT” fonduna istinadən xəbər verir.
19-20 sentyabr 2023-cü il tarixlərində lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəman Samir Sadıqovun oğlan övladı doğulub. Ona Amir adı qoyulub.
Balacanın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bununla bağlı 1000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
Fondun "Onlar bizə əmanət" layihəsi indiyə qədər 119 şəhid övladını əhatə edib.