Bakının Hava Limanı, Zığ şosesi və 8 Noyabr prospektlərinin ətraflarında olan yüksək gərginlikli hava xətləri yeraltı kabel xətləri ilə əvəzlənir. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az “AzərEnerji” ASC-yə istinadən məlumat verir.
Beləliklə, ümumi uzunluğu 5,55 km olan hava xətləri və 44 ədəd iri anker dayaq xüsusi layihə əsasında demontaj edilərək, 33 km uzunluqda ikidövrəli görünməz yeraltı kabellərlə əvəz edilir.
İşlər nəqliyyat hərəkəti və enerjinin verilişində məhdudlaşdıma edilmədən həyata keçirilir. İşlərin avqust ayında başa çatdırılması planlaşdırılır.