Bakıda minik avtomobilləri xüsusi avtobus zolaqlarından istifadə etmək məcburiyyətində qalır ki, bu da ciddi sıxlıq yaradır və ictimai nəqliyyatın normal işləməsinə mane olur. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Qara Qarayev prospektinin Babək prospektinin köməkçi yolu ilə kəsişməsində yerləşən ərazidə işıqfor olmadığından yollarda xaos daha da güclənir. Avtobus sürücülərinin sözlərinə görə, həm pik saatlarda, həm də normal vaxtlarda bu problemlə üzləşirlər. Bu səbəbdən marşrutlar gecikir.
Oxşar problem metronun “Gənclik” stansiyasının yaxınlığında, Atatürk prospekti ilə Əlövsət Əbdülrəhimov küçəsinin kəsişməsində də müşahidə olunur.
Hər iki hissədə işıqforun quraşdırılması ilə bağlı Nəqliyyatı İntellektual Nəzarət Mərkəzindən yaxın vaxtlarda yoxlamaların və vəziyyətlə bağlı təhlillərin aparılacağına vəd verilib.
Ətraflı süjetdə: