Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az AZƏRTAC-a istinadən xəbər verir.
Aprelin 27-də “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində ilk dəfə olaraq Azərbaycanda “Kəlağayı festivalı” keçiriləcək.
Festival Xətai rayonunda - Ukrayna dairəsindəki Heydər Əliyev parkında yerləşən 925 tamaşaçı yeri olan Amfiteatrda keçiriləcək.
Kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu il əlamətdar hadisənin 10 illiyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir.