Son günlər havalar kəskin soyuduqca mənzillərdə istilik tələbatı da artır. Sakinləri maraqlandıran sual ondan ibarətdir ki, havalar soyuyarsa, binalara istiliyin verilməsi tezləşdirilə bilərmi?
Trend-dən əldə olunan məlumata görə, "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallının bildirib ki, paytaxtda istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub. Bu istiqamətdə hazırda lazımi tədbirlər görülür.
O, həmçinin qeyd edib ki, dağlıq ərazilərdə istilik mövsümü noyabrın 1-dən başlayacaq.