30 sentyabr tarixində Bakıda HR sahəsi üzrə seminar keçiriləcək. Tədbir Business Management School - un təşkilatçılığı ilə saat 19:00-da Arion oteldə baş tutacaq.
Təlimçi qismində Yeganə Nəsibova və Aysel Şıxəliyeva iştirak edəcəklər.
Seminara qatılmaq üçün qeydiyyatdan keçmək mütləqdir.
Pandemiya şəraiti nəzərə alınaraq sadəcə 30 nəfər iştirak hüququ əldə edəcək.
Onlayn anketi doldurarkən sondakı "Nə üçün siz?" sualını kreativ cavablandıranlar müsabiqə ilə seçilərək seminarda iştirak edəcəklər. Həmin şəxslərlə əlaqə saxlanılacaq.