Bakıda məhkəmədə boşanma prosesi zamanı qəribə mübahisə yaranıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.
Məhkəmə zamanı arvad tərəfindən kasetlərinin qarşı tərəfdə qalmaması ilə bağlı hakimə müraciət edilib. Hakim isə qadına kasetin qeyri-əmlak olduğunu bildirib.
Bu səbəbdən tərəflər arasında mübahisə yaşanıb. Qadın ərinə: "Mənim gəlin olduğum toyun kaseti səndə qala bilməz”, – deyib və məhkəməyə müraciət edəcəyini bildirib.
Vəkillərin sözlərinə görə, toy kaseti qeyri-əmlakdır, bu səbəbdən kaset könüllü şəkildə hər iki tərəfdə qala bilər.