Bakı Kitab Mərkəzində “Dan ulduzu” adlı kitabın təqdimatı baş tutacaq. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
“Dan ulduzu” kitabında böyük rumın şairi Mihay Emineskunun şeirlər toplusu yığılıb. Şair 1850-1889-cu illərdə yaşayıb. O, Rumıniya Elmlər Akademiyasının həmişəlik üzvü hesab olunur.
Mihay Emineskunun şərəfinə Rumıniya, Moldova və İtaliyada heykəllər və barelyeflər ucaldılıb. Bir zamanlar rumın valyutalarında onun şəkli əks olunub.
Tədbir 20 fevral saat 19:00-da baş tutacaq. İştirak sərbəstdir. Ünvan: Ü.Hacıbəyli küçəsi, 5.