Bakıda “Bir ömrün naxışları” mövzusunda mühazirə keçiriləcək. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Azərbaycan Milli Xalça Muzeyinə istinadən xəbər verir.
Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri Xalq rəssamı Aydın Rəcəbovun 80 illiyinə həsr olunan mühazirədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalça sənətində öz dəst-xəti, fərqli yanaşma tərzi ilə seçilən, çoxşaxəli yaradıcılığa malik sənətkarın zəngin fəaliyyətindən bəhs edəcək.
Tədbir 27 aprel saat 15:00-da Milli Xalça Muzeyində baş tutacaq. Öncədən qeydiyyat vacibdir.