Bakıda Sabunçu rayonu ərazisində yerləşən məktəblərdən birinin 6-cı sinif şagirdi xəstəxanaya yerləşdirilib. Bu haqda Report 16 fevral tarixində xəbər verib.
Məktəb rəhbərliyi şagirdin məktəbə gəlməmə səbəbini araşdırdıqda məlum olub ki, həmin şagird 14 fevral tarixində axşam saatlarında körpüdən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb.
Şagirdin ibtidai sinifdə oxuduğu dövrdə də dəfələrlə qıcolmalar və ürəkgetmə halları müşahidə olunduğu bildirilib.
Son olaraq fevralın 7-də şagird məktəbdə yenə huşunu itirib, ilk tibbi yardımdan sonra valideyninə təhvil verilib.
Valideynin məlumatına əsasən, hazırda şagirdin xəstəxanada müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətləndirilir", - məktəbdən bildirilib.
Bu gün səhər saatlarında 13 yaşlı şagirdin intihar etməsi barədə məlumatlar yayılmışdır.