Paytaxtın mərkəzi su anbarlarında təmizlik işləri aparılıb. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
Bakı şəhəri və Abşeron yarımadasında yerləşən mərkəzi və məhəllədaxili su anbarlarının yuyulması həyata keçirilib.
Anbarlar tamamilə boşaldılır, ilkin olaraq anbarda hər hansı sızma və ya qəza vəziyyətinin olub-olmaması mütəxəssislər tərəfindən yoxlanılır, təhlükə doğura biləcək hallar olarsa, təmir-bərpa işləri aparılır. Qüsurlar aradan qaldırıldıqdan sonra anbarlar yuyularaq dezinfeksiya edilir.
Həmçinin yuyulmuş anbarlardan mütəmadi su nümunələri götürülərək Mərkəzi Laboratoriyada analiz olunur.
Cari ildə ümumi tutumu 1 milyon 260 min kubmetr olan 875 mərkəzi və məhəllədaxili anbarın yuyulub təmizlənməsi planlaşdırılır. Ötən müddətdə ümumi tutumu 228 min kubmetr olan 112 anbarın yuyulması təmin edilib.