Maksim Qalkin Bakı səhnəsində çıxış edəcək. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
“Uzaq olmayan gözəllik” (“Прекрасное недалеко”) adlı konsert Bakı Konqres Mərkəzində baş tutacaq.
Tədbir fevralın 9-da, saat 20:00-da keçiriləcək. Biletlərin qiyməti 40-350 manat arasında dəyişir. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək olar.