Nəsimi rayonunda növbəti iməcilik təşkil olunub.
Bakuplus.az rayon Icra Hakimiyyətinə (RİH) istinadən xəbər verir ki, iməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılıb. Parklarda, rayonun prospekt və küçələrində yollarda, dayanacaqlarda bordürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulub, sanitar-təmizlik işləri aparılıb.
Eyni zamanda yağış kürəbəndləri tullantılardan təmizlənib, küçə boyu ağaclar budanılıb, səliqə-sahman işləri aparılıb.
Sözügedən işlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədardır.