Xəzərin sualtı hissəsi çürüməyən tullantılardan təmizlənib. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
İməcilik dayvinq məşqçisi Rauf Zeynalov tərəfindən təşkil olunub. Təşəbbüsə daha 14 dalğıc da qatılıb.
Layihəyə IDEA İctimai Birliyi öz köməkliyini göstərib.
Təmizlik işləri zamanı beş-altı metr dərinlikdən sellofan torbalar, alüminium qablar və digər bərk məişət tullantıları çıxarılıb.
Dalğıclara illər əvvəl Ukraynada olan dayvinq klubunu Bakıda inkişaf etdirən Nikolay İlyin də qoşulub.