Bakının Salaam Cinema məkanında 24 dekabr saat 15:00-dan 20:00-a kimi “Salaamsayağı” festivalı baş tutacaq. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az məlumat verir.
Festival çərçivəsində məkanın Tikiş laboratoriyasında təhsil alan iştirakçılar moda nümayişi təqdim edəcəklər. Bir çox dəst “upcycling” qaydalarına əsasən hazırlanıb.
Həmçinin Musiqi laboratoriyasında iştirak edən musiqiçilər kiçik konsert keçirəcəklər.
Gün ərzində mini-yarmarka fəaliyyət göstərəcək. Salaam Emalatxana sahibləri öz əl işlərini açıq satışa buraxacaqlar, əlavə olaraq ikinci əl paltarların satışı təşkil olunacaq.
Festival zamanı barda müəllif kokteyllərini sınamaq və şirniyyatlı çayın dadına baxmaq mümkün olacaq.
Giriş sərbəstdir.