Bakı şəhəri Nəsimi rayonunda Hüseynbala Əliyev küçəsində su xəttində sızma qeydə alınıb. Nəticədə, küçəyə bitişik Cavadxan küçəsində su verilmesi dayandırılıb. Bu haqda bu gün, Oxu.az məlumat yayıb.
Qeyd olunur ki, sakinlər saatlarla su gözləyir.
“Azərsu” ASC-dən məlumat veriblər ki, sızma yeridə təmir işləri gedir. Bir neçə saat ərzində suyun verilişi bərpa olunacaq.