Bakının Səbail rayonu, Rəsul Rza küçəsi, 11 ünvanında yerləşən 3306 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə müdaxilə olunub. Bu haqda bu gün, 13 aprel tarixində Report Mədəniyyət Nazirliyinə istinadən məlumat verib.
Tarixi abidə olan yaşayış binasında qanunsuz təmir işləri aparılıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi və Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən müdaxilə faktının qarşısı alınıb. Hadisə ilə bağlı qanunamüvafiq tədbirlər görülməkdədir.
[caption id="attachment_97060" align="alignnone" width="640"]
Foto report.az[/caption]