Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "Təndir N-1" iaşə obyektindən alınan qrildə qurd aşkar olunub. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ ilə bağlı xəbərdardırlar. Həmin obyekt nəzarətə götürülüb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.