Bakıda taksi sürücülərinə qarşı reyd keçirilir. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az İctimai TV-yə istinadən xəbər verir.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücülər son zamanlar qaydaları kobud şəkildə pozurlar. Onlar dövlət qeydiyyat nişanlarını düzgün istifadə etmirlər. Əksər sürücülər nömrələri avtomobildə özləri istədikləri yerə taxırlar. Bununla bağlı polis əməkdaşları profilaktik tədbir keçirirlər.
“Dövlət qeydiyyat nişanlarını müəyyən edilməmiş yerlərdə bərkidirlər. Bu cür qayda pozan sürücülər 40 AZN məbləğində cərimələnirlər”, – deyə Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.