4 oktyabr tarixində Bakıda rəsm müsabiqəsi keçiriləcək. Müsabiqə "Vətən müharibəsində Zəfərə gedən yol" layihəsi çərçivəsində Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə eyniadlı məkanda saat 13:00-da başlayacaq və 16:00-a qədər davam edəcək.
Məqsəd gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi və bu mövzuda şəxsi bacarıqlarının kəşf edilərək üzə çıxarılmasını təmin etməkdir.
Müsabiqənin qaliblərini müxtəlif mükafatlar gözləyir.
Layihədə iştirak üçün qeydiyyatdan keçmək şərtdir. Bunun üçün paylaşımın rəy bölməsində “+" yazmaq kifayətdir.