Bakıda Qarabağda qazanılan böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü ilə əlaqədar yürüş keçiriləcək. Bu haqda Report 6 noyabr tarixində xəbər verib.
Noyabrın 8-də Azneft dairəsindən başlayacaq aksiya Hərbi Qənimətlər Parkında yekunlaşacaq.
Artıq Bakıda Zəfər Günü ilə bağlı paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.