Bakıda özəl klinikada səhv müalicə olunan uşaq vəfat edib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Bakı şəhər sakini Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət edərək, 13 yaşlı oğlu Murad Səmədovun “Kəpəz” hospitalında müalicə olunduğunu və səhv müalicədən sonra uşağın vəfat etdiyini bildirib. Ata uşağın müalicəsini Könül adlı doktorun apardığını deyib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.