Bakının Azərbaycan Dövlət Akademik Filarmoniyasında 19 yanvar tarixində 20 yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş konsert baş tutacaq. Bu haqda bu gün, yanvarın 16-da Bakuplus.az məlumat verir.
Saat 19:00-da başlayacaq konsertdə bədii rəhbər və rejissor, Xalq artisti Rauf Abdullayevin idarə etdiyi Azərbaycan Dövlət Xor Kapellası V.A.Motsartın “Rekviyem d-moll K.626” əsərini təqdim edəcək.
Konsertin bədii rəhbəri Gülbacı İmanovadır.