20 sentyabr tarixində Bakıda fotoqraf Nana Rəhimova-Qafarova ilə görüş keçiriləcək. Tədbir Bakı Küçə Fotoqrafiyası Festivalının təşkilatçılığı baş tutacaq.
Fotoqrafla görüş Bakı Kitab Mərkəzində saat 16:00-da başlayacaq.
Mövcud məhdudiyyətlər və qonaqların təhlükəsizliyi məqsədilə 20 nəfərdən çox olmayaraq iştirakçı qəbul olunacaq.
İştirak üçün qeydiyyatdan keçmək mütləqdir.
Həmçinin görüşün canlı yayımını Zoom vasitəsilə və festivalın YouTube kanalında izləyə bilərsiniz.