Bakı Kitab Mərkəzində eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün növbəti “Oxu saatı” keçiriləcək. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Tədbirdə Azərbaycan Uşaq Fondunun sədr müavini Zəhra Bədəlbəyli olacaq. Surdotərcüməçi kimi Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini, jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva olacaq.
“Oxu saatı” F. Köçərli adına Respublika Uşaq Kitabxanası və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə oktyabrın 13-də saat 16:00-da baş tutacaq. Giriş sərbəstdir.