Bakı metrosunda yerləşdirilən reklam sakinlərin marağına səbəb olub. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Belə ki, metropolitendə yerləşdirilən reklamın kimə aid olduğu bildirilməyib. Lövhədə sadəcə “adımızı və loqomuzu qeyd etməsək də, olar” yazılıb. Sərnişinlər bu cəsarətli addımın kimə aid olduğunu öyrənmək istəyiblər.
Lakin lövhədə çağrı mərkəzinin nömrəsi qeyd olunub və bu nömrə “Referans” Kliniki Laboratoriya Mərkəzinə aiddir.