Bakı sakinləri artıq çimərliklərə axışıblar. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Dəniz mövsümünün açılmasına ay yarım vaxt var. Buna baxmayaraq, Bakı çimərliklərində artıq istirahət edənləri görmək mümkündür. Sakinlərin sözlərinə görə, mövsümün açılmamasına baxmayaraq, havanın isti olması çimməyə şərait yaradır.
“Səhər bir az sərin idi, amma günün ikinci yarısında hava əməlli-başlı qızdı. Artıq bir neçə dəfə gəlmişik”, – deyə Şıx çimərliyində istirahət edən sakinlər bildirirlər.
Son günlər Bakıda havaların temperaturu 25-30 dərəcə arası dəyişir.