İyulun 26-da Abşeron Rayon Polis əməkdaşları Bakının Hökməli qəsəbəsi sakininin yaşadığı evin həyətində narkotik tərkibli bitkilər aşkar edib. Ümumi çəkisi 28 kiloqram olan 39 ədəd çətənə kolu və 200 qram marixuana dövrüyyədən çıxarılıb.
Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri cari ilin aprel ayından əkib-becərdiyi və inkişafı üçün xüsusi qulluq etdiyini etiraf edib.
Şübhəli bilinən əvvəllər məhkum olub.
Faktla bağlı araşdırma davam edir.