top
Bakı məktəbində vərəmə YOLUXMA – Şagirdlər və müəllim heyəti NƏZARƏT ALTINDA - RƏSMİ
03 dekabr 2024, 08:50
- ↺ +

Bakı məktəbində vərəmə YOLUXMA – Şagirdlər və müəllim heyəti NƏZARƏT ALTINDA - RƏSMİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə vərəm xəstəliyinin yayılması haqda sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, 10-cu sinif şagirdlərindən biri xəstələnib və bir neçə sinif yoldaşını yoluxdurub. Buna baxmayaraq, məktəbdə karantin elan olunmur və dərslər distant qaydaya keçirilmir.
Deyilənlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlik Bizim.media-ya açıqlamasında faktı təsdiqləyib. Qurumdan məktəbin 9-cu sinif şagirdlərindən birində bu halın aşkarlandığı bildirilib:

“Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, 95 saylı orta məktəbin 9-cu sinif şagirdində 13 noyabr 2024-cü il tarixində vərəmə şübhəli hadisə qeydə alınıb.
Bununla əlaqədar Xətai rayon RGEM-nin nümayəndələri tərəfindən məktəbdə epidemioloji araşdırma aparılıb, həmin sinifdə təhsil alan digər şagirdlər və müəllim heyəti müayinə olunub. Məktəbdə profilaktik və əksepidemik  tədbirlər görülüb. Dezinfeksiya işləri aparılıb. Hadisə nəzarət altındadır. Ocaqda aparılan tədbirlərə nəzarət edilir. Xəstəliyin yayılma ehtimalı yoxdur”.
Öz növbəsində də məktəbdən Bizim.media-ya da şagird və müəllim heyətinin müayinədən keçirildiyi, eləcə də dezinfeksiya işlərinin aparıldığı təsdiqlənib.
Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzindən isə yalnız bir uşağın yoluxduğu bildirilib:
“Bu haqda sosial mediada şişirdib yazıblar. Bir nəfərdə vərəm hadisəsi ilə bağlı məktəbi distant təhsilə keçirmək qanunvericiliklə mümkün olmayan bir məsələdir. Üstəlik, buna ehtiyac yoxdur, çünki orada nə tədbir lazımdırsa, görülüb. Baxış keçirilib, hər kəs müayinə olunub.
Eyni zamanda dezinfeksiya işləri aparılıb. Yəni tibbi baxımdan bütün qabaqlayıcı tədbirlər görülüb. Başqa ikinci bir şəxsdə də belə hal qeydə alınmayıb”.
Mərkəzdən o da bildirilib ki, bir uşağın digərlərini yoluxdurması məlumatı da yanlışdır:
“O uşağın sinif yoldaşlarını yoluxdurduğu haqda yazılanlar da tamamilə səhv məlumatdır. Bu məsələ bir müddət əvvəl, tətil zamanı qeydə alınıb. Hazırda həmin uşağın vəziyyəti normaldır”.

Son xəbərlər

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Oxşar xəbərlər