Bakının Xətai rayonunda 18 yaşlı qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Report.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Ellazova Zeynəb Rafiq qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.