Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi olub.
Report.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Nağıyeva Yeganə Şərafət qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.