Bakının Nərimanov rayonu, Ağasadıq Gəraybəyli küçəsi 11/15 ünvanında su borusu partlayıb.
Bu barədə Bakuplus.az-a sakinlər məlumat verib.
Məlumata görə, qaynar su binanın ikinci və üçüncü mərtəbəsinə qədər fontan vurub.
Sakinlər bildirib ki, boru ikinci dəfədir partlayır. Birinci dəfə əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunaraq görülən müvafiq təmir işlərinin nəticəsində problem həll olunub.