8 avqust, Bakının Tik Talk Anticafe məkanında rəsm çəkmək üzrə master klass keçiriləcək. Dərs 12:00-da başlayacaq və 3 saat davam edəcək. Qeydiyyat vacibdir, bunun üçün linkə daxil ola bilərsiz.
Master klass rəssam Günay Qarayeva tərəfindən keçiriləcək. 3 saat boyunca rəssam iştirakçılara rəsmlərini çəkməkdə kömək edəcək.
Tik Talk Anticafe Nizami küçəsi 48, Central Baku kafesi ilə üzbəüz ünvanda yerləşir.
Master klassın qiyməti 30 manatdır. Qiymətə çay, kofe, sərin içkilər, kətan, firçalar və boyalar da daxildir.