Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş T.Mirələmov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.