Bakı şəhərinin Nizami rayonunda yanğın olub.
Bakuplus.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.