top
Bakıda yeni tikiləcək 10 metro stansiyası harada yerləşəcək? - SXEM 
08 yanvar 2025, 04:56
- ↺ +

Bakıda yeni tikiləcək 10 metro stansiyası harada yerləşəcək? - SXEM 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məlum olduğu kimi, dünən Prezident İlham Əliyev müsahibəsində Bakı şəhərində nəqliyyat problemlərinin olduğunu, yeni layihələrin vacibliyini, tıxacların qarşısının alınması məqsədilə metropolitenin inkişaf etdiriləcəyini və bu ildən etibarən 10 yeni metrostansiyanın tikiləcəyini bildirdi.

Qafqazinfo.az xəbər verir ki, dövlət başçısı yeni stansiyaların yerlərinin də artıq seçildiyini qeyd edib və bu ildən etibarən tikintiyə maliyyə ayrılacağını deyib.

İnşaatçı-mühəndis Azər Axundov məsələyə münasibət bildirib. Qeyd edib ki, 2 ay əvvəl Prezident Bakıya gətirilmiş yeni vaqonlara baxış keçirərkən ona yeni stansiyaların yerləşmə sxemi də təqdim edilib: “Həmin sxemi aktual götürsək, bu 10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir. Yəni, bənövşəyi xətt üzrə "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" stansiyaları (toplam 6 stansiya), yaşıl xətt üzrə isə "Y14"-"Y15"-"Y16"-"Y17" stansiyaları (toplam 4 stansiya) tikilməlidir. "B?" stansiyası "Sahil" stansiyasına keçid kimi düşünülür, bu stansiya konseptual sxemdə olmadığı üçün "B?" olaraq qeyd etdim. Əlavə olaraq, çox güman ki, görüləcək işlərə xətlərin ayrılması, "Dərnəgül" deposunun və dönmə kameralarının tikilməsi də daxil olacaq. Rəsmi sxem və məlumat olmadığı üçün hələlik sadəcə təxmin edə bilirik”.

Xəritə üzərində stansiyalar təxmini belə yerləşməlidir:

Prezidentə təqdim edilən layihədə 10 yeni stansiyanın tikinti işlərinin icra olunması üçün 3.8 - 4 milyard AZN investisiyanın tələb olunduğu bildirilir.

Azər Axundov əlavə edib ki, sxemdə ən maraqlı məqam bənövşəyi xəttə yeni stansiyanın əlavə olunmasıdır: “Belə ki, metronun təsdiqlənmiş konseptual sxemində bənövşəyi xətt üzrə “B-5” stansiyası Xarici İşlər Nazirliyi ətrafında, “B-6” stansiyası isə Hökumət Evi ətrafında nəzərdə tutulsa da, bu gün göstərilən sxemdə bu iki stansiyanın arasına yeni bir stansiya da əlavə olunub və qırmızı xəttin “Sahil” stansiyasına keçid kimi göstərilib. Çox güman ki, bu plan hələ tam təsdiqlənməyib və bu səbəbdən sxemdə bənövşəyi xətt üzrə dəqiq stansiya sayı əvəzinə 5-6 stansiyanın tikintisi qeyd olunub. Yəni “Sahil” stansiyası yanında keçid stansiyası olarsa 6, olmasa, 5 stansiya tikilməlidir. Bu, əslində, çox yaxşı fikirdir, çünki konseptual sxemdə bənövşəyi xətlə qırmızı xətt ancaq “Xalqlar dostluğu” stansiyasında kəsişirdi.

“Sahil” stansiyasının şəhər mərkəzində olmasını nəzərə alaraq ona keçid stansiyası tikilərsə, bənövşəyi xətlə birbaşa şəhər mərkəzinə çıxış təmin olunar. Eyni zamanda bu istiqamətdən mikrorayonlar istiqamətinə qayıdanlar artıq yüklənmiş “28 May” stansiyası əvəzinə “Sahil” tərəfdən də metroya giriş əldə etmiş olar. Nəzərə alsaq ki, bənövşəyi xəttin stansiyaları köhnə stansiyalar kimi 5 yox, 7 vaqonlu qatarı qəbul edə biləcək şəkildə tikilir, bu stansiya daha çox sərnişinin şəhər mərkəzindən kənarlara daşınmasına kömək edə bilər”.

Mütəxəssisin sözlərinə görə, yağışa görə paytaxt yollarında yaranan vəziyyət bir daha göstərir ki, Bakıda relsli nəqliyyatın inkişafına təcili ehtiyac var: “Basabas olsa da, metro və elektrik qatarı dayanmadan işləyir. Hər iki növün daha da genişlənməsi üçün təcili investisiya ayrılmalıdır. Bu iş üçün 3-4 milyard xərcləmək çox deyil. Milyon dəfə yolların genişlənməsindən daha faydalıdır”.

Son xəbərlər

Xəbər
Bu gün, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Oxşar xəbərlər