Lökbatan - Bakı Beynəlxalq Avtovağzalı marşrutu ilə hərəkət edən 130 nömrəli maşrut xətti “Fidan” MMC-dən “BakuBus”a həvalə edilib. Bu haqda bu gün, 10 dekabr tarixində Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti məlumat verib.
12 dekabr tarixindən xətt üzrə 12 metrlik sərnişindaşıma avtobusu fəaliyyət göstərəcək. Bununla yanaşı, avtobusun marşrut sxemi dəyişdirilib və son dayanacaq Bakı Beynəlxalq Avtovağzalından “20 Yanvar” dairəsinə dəyişdirilib.
Həmçinin 12 dekabrdan Lökbatan - “28 May” metro stansiyası istiqamətində fəaliyyət göstərən 125 nömrəli marşrut xəttinin sxemi dəyişilir. Yeni sxemə əsasən, 125 nömrəli marşrut xətti üzrə avtobusların Lökbatan qəsəbəsi istiqamətində hərəkəti “20-ci Sahə” dairəsinə daxil olmadan təşkil ediləcək.
Dəyişiklik sayəsində şəhər mərkəzindən Bayıl, Bibiheybət, Şıx və Lökbatan qəsəbələri istiqamətində ictimai nəqliyyatla səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq.
[caption id="attachment_82652" align="alignnone" width="640"]
Foto Bakı Nəqliyyat Agentliyinin rəsmi saytı[/caption]