top
Balaxanıdakı sirli qəbiristanlıq – Bəhailər kimlərdir? + FOTO
22 dekabr 2024, 05:00
- +

Balaxanıdakı sirli qəbiristanlıq – Bəhailər kimlərdir? + FOTO

1844-cü ildə İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı bir şəxs "Bab” ləqəbi götürərək elan etdi ki, Allah tərəfindən göndərilən müjdəçidir, zühur edib. 1863-cü ildə isə Mirzə Hüseyn Əli elan etdi ki, haqqında bütün dinlərin müqəddəs kitablarında xəbər verdiyi Babın öz yazılarında daim “Allahın zahir edəcəyi kəs” dediyi vəd olunmuş kəs odur. O və tərəfdarları yeni dinin yarandığını elan etdilər, bəhailik belə yarandı.

Məsələnin bizim üçün maraqlı olan tərəfi ondan ibarətdir ki, vaxtilə məşhur azərbaycanlılar arasında da bəhailiyə inananlar olub. Bakıda - Balaxanı və Buzovnada bəhai mərkəzləri aktiv şəkildə fəaliyyət göstərib.

Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli iddia edir ki, Hüseyn Cavid bəhai olub, Əliqulu Qəmküsar isə bəhailiyə rəğbət bəsləyənlərdən biri: “Sabir bəhai olmasa da, Şamaxıda olanda bəhai məclislərində iştirak edirdi. Balaxanıya gələndən sonra da bəhailər ona dəstək olurdular. Ümumiyyətlə, o dövrlər bəhailər maarifçilik hərəkatına ciddi töhfə veriblər. Hacı Zeynalabdin Tağıyev qızlar məktəbi açmamışdan qabaq bəhailər Balaxanıda qız məktəbi açmışdılar. Musa Nağıyevin bəhai olduğunu yəqin ki çox adam bilir”.

Ramazan Əsgərli deyir ki, müsəlman dünyasında çadranı ilk atan qadın Tahirə Qürrətüleyn də bəhai olub: "Tahirə tarixdə” kitabı var, Amerikada nəşr olunub. Tahirə haqqında elmi araşdırmaların məcmusudur. Tahirə ABŞ-da, Pakistanda, İranda çox araşdırılıb.

Azərbaycanda Əzizə Cəfərzadə "Zərrintac-Tahirə" adlı bir roman yazıb. Tahirə Qəzvin türküdür. Bir çox tədqiqatçılar onun türk olduğunu öz araşdırmalarında qeyd edirlər. O, bütövlükdə İran qadınlarının səsi idi. Üç dildə - ərəb, fars, Azərbaycan dillərində bədahətən şeirlər deyirdi. Babın özünü görmədən ona iman gətirmişdi. Onun əsl adı Səlimədir. Tahirə adını ona Həzrət Bəhaullah verib. 1848-ci ildə babilərin toplatısında Tahirə ilk dəfə çadranı atır və buna görə onu qınayır, ismətini şübhə altına alırlar. Belə olduqda Həzrət Bəhaullah onun təmizliyini və iffətini göstərmək üçün ona "Tahirə” adı verir ki, bu, "pak” deməkdir.  Həmin tədbirdə o, çoxsaylı kişilərin arasında yeganə qadın idi. O kişilərin arasına üzü açıq çıxır. Hətta babilər də bu addımı düzgün anlamırlar. Amma o çox cəsarətli qadın olub. Bəzi Qərb tədqiqatçıları hətta onu Janna Darkdan daha üstün qadın hesab edirlər. Onun bənzəri tarixdə çox azdır. Zəkanın, imanın, gözəlliyin və cəsarətin ö dövrdə bir qadında birləşməsi nadir rast gəlinən şeydir. Tahirədə bunların hamısı vardı. Təəssüf ki, onu 1852-ci ildə Tehranda "İdelxani” adlanan bağda boğub öldürürlər. Son sözü də bu olub ki, məni öldürə bilərsiniz, ancaq qadınların azadlığının qarşısını heç vaxt ala bilməyəcəksiniz. Sonradan rus yazıçısı İzabella Qrinevskaya "Bab” adlı pyes yazdı. Tahirə də həmin pyesin əsas qəhrəmanlarından biridir. Həmin pyes Moskvada, Londonda, Sankt-Peterburqda tamaşaya qoyuldu. Hətta Sankt-Peterburq truppası həmin tamaşanı 1907-ci ildə Bakıda da oynadı”.

Fəlsəfə doktoru, Edinburq Universitetinin professoru Səlahəddin Əyyubovun bizə təqdim etdiyi mənbələrdə də (fotolar da ona məxsusdur) çox maraqlı məqamlar var.

Məsələn, Səlahəddin bəyin anası Minaxanım Qasimova (Əyyubova) öz xatirələrində Balaxanı və Buzovnada yaşayan bəhailərin repressiya ilə üzləşməsindən  danışır.

Qeyd edir ki, Bakıda o vaxtlar iki dustaqxana var idi – Keşlə və Bayılda: “Atama sovqat göndərmək üçün Bayıldakı dustaqxanada səhər saat 5-dən növbə tutmaq lazım olurdu. 40 gün sonra - 30 noyabr 1937-ci ildə onu güllələyib şəhid etmişdilər. Onun qana bulaşmış köynəyini həyat yoldaşına göndərmişdilər. Həbsin qırxıncı günü Fizzə xanım onu Bayıl həbsxanasından gətirdiyi qazanın içərisində  aşkar etmişdi”.

Repressiya olunmuş bəhailərin siyahısı:

Minaxanım Qasimova (Əyyubova) yazır ki, anası bəhailiyi ər evində qəbul edibmiş: “Uzun müddət ailəsi onun bu hərəkətini pis qarşılamış, evində “murdardır” deyə heç kəs bir stəkan su da içməmişdi. Yalnız atamın əməlləri, xasiyyətindəki saflıq onların ürəyindəki buzları əridə bilmiş, bu qohumluğu özlərinə şərəf sanmağa başlamışdılar”.

Minaxanım Qasimova (Əyyubova) bildirib ki, 1937-ci ildə Balaxanı, Buzovna bəhailəri əks-inqilabi fəaliyyət, SSRİ–ni yıxmaq məqsədi ilə kapitalist ölkələriylə  (İngiltərə, Almaniya, İran, Fələstin) əlaqələr qurmaq, kapitalistlərlə fəhlə və kəndlilər arasındakı sinfi mübarizəni inkar etmək, anti-sovet təbliğat, aktiv bəhai ittihamı ilə qrup halında mühakimə olunmuş və ölümə məhkum edilmişdilər. Onların sayı isə təxminən 21 nəfər olub.

Bəhai Qürrətüleyn Maqsudova öz xatirələrində yazır ki, 1921-ci ildə Balaxanıdakı evlərində bəhailər üçün müsafirxana təşkil olunur və burada 19 gün ziyafətləri keçirilirdi.

​Maqsudovanın yazdıqlarına inansaq, o vaxt Balaxanıda 3 minə yaxın bəhai varmış.  1992-ci ilə qədər Balaxanıda ziyafətlər gizli keçirilir və hər dəfə də bir bəhainin evində təşkil olunurmuş. Hətta zirzəmilərdə belə tədbirlər keçirilirmiş.

Bir məqamı da qeyd edək ki, Balaxanıdakı qəbiristanlıqdakı bəhai qəbirləri bu gün də qalmaqdadır. Bəhai qəbirlərinin hasar daşları üzərində Tahirə Qürrətüleynin şerləri həkk edilib. Bəhailər Balaxanı haqqında deyirlər: “Bura bizim canlı tariximizdir”.

Ağa Cəfərli

Son xəbərlər

Xəbər
Dünən, 21:00

29 iyun-5 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
27 iyun 2026, 10:39

Səyavuş Aslanın anım günüdür

Xəbər
26 iyun 2026, 17:43

Allahşükür Paşazadə: Süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz

Xəbər
26 iyun 2026, 17:30

"Məni illərlə təhqir edirdi" dedi, qonşusunun başına bel vurdu

Xəbər
26 iyun 2026, 14:54

Məhkəmə müğənni Elarizin kürəkəni ilə bağlı qərar verdi

Xəbər
26 iyun 2026, 14:11

Bakıda kişi arvadını "TikTok"dakı şərhinə görə DÖYDÜ

Xəbər
26 iyun 2026, 00:20

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Xəbər
26 iyun 2026, 00:01

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Xəbər
25 iyun 2026, 22:01

Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib

Xəbər
25 iyun 2026, 17:57

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar bağlı olacaq

Xəbər
25 iyun 2026, 17:54

Nərimanov rayonunda yanğın – Xalq artisti görüntülər paylaşdı

Xəbər
25 iyun 2026, 16:54

Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SİYAHI

Xəbər
25 iyun 2026, 16:42

Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı

Xəbər
25 iyun 2026, 16:02

Tələbələrin məzun gecəsi üçün verdiyi 50 minə yaxın pul ələ keçirildi

Xəbər
25 iyun 2026, 15:12

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanıldı

Xəbər
25 iyun 2026, 15:06

Aydın Süleymanlı: "Maqnus Karlsenə qalib gəlmək özümə inamımı daha da artırdı"

Xəbər
25 iyun 2026, 14:50

Polis Qum adasında narkotikə qarşı əməliyyat keçirdi - VİDEO

Xəbər
25 iyun 2026, 13:50

Sabah qatarlar bu qrafiklə işləyəcək

Xəbər
25 iyun 2026, 13:10

Saxta sənədlərlə satılan əmlakların geri alınması: Ali Məhkəmədən açıqlama

Xəbər
25 iyun 2026, 12:50

Daş karxanasında kişi yıxılaraq öldü

Xəbər
25 iyun 2026, 11:50

4 gün əvvəl dənizdə batan şəxsin meyiti tapıldı

Xəbər
25 iyun 2026, 10:50

MTN generalı 10 il sonra azadlığa çıxdı

Xəbər
25 iyun 2026, 09:58

Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb

Xəbər
24 iyun 2026, 18:00

"Neftçi" müdafiəçi transfer etdi

Oxşar xəbərlər