Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı solo konsert baş tutacaq. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Beynəlxalq və respublika müsabiqələri laureatı, ifaçı-pedaqoq Humay Aslanovanın ilk solo konserti olacaq. İfaçı səhnə fəaliyyətinin 30 illik yubileyini qeyd edəcək.
Musiqi axşamında Humay Aslanovanı canlı ansambl müşayiət edəcək. Tədbir ulu öndər Heydər Əliyevin əbədi xatirəsinə həsr olunacaq.
Konsert mayın 7-də saat 19:00-da baş tutacaq. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür. Qiymətlər 30-80 manat aralığında dəyişir.