Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsinin növbəti küçəsi təmir olunur. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Uzunluğu 920, eni isə 5 m olan Züleyxa Seyməmmədova küçəsinə yeni asfalt örtüyü vurulur. Daha sonra əraziyə yol cizgiləri çəkiləcək və yeni nişanlar quraşdırılacaq. Həmçinin tarixi abidələrin, yaşayış evlərinin bərpası, kanalizasiya xətlərinin yenilənməsi və piyada səkilərinin yaradılması nəzərdə tutulub.
İşlər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” və “Bakı Abadlıq Xidməti” tərəfindən aparılır.