Azərbaycanlı bloqer Fatimə Əhmədova Macarıstanın Mişkolts şəhərində keçirilən məşhurların (qeyri-peşəkarlar kateqoriyası) boks yarışmasında ölkəmizi təmsil edib.
Bakuplus.az xəbər verir ki, Əhmədova (59kq) rəqibi Ela Yerkoviçə (62.45kq) məğlub olub.
Qeyd edək ki, həmçinin fitness məşqçisi Xəqani Səlimov Macarıstanda keçirilən məşhurların (qeyri-peşəkarlar kateqoriyası) boks yarışmasında Azərbaycanı təmsil edib. Həmyerlimiz 1 xal fərqi ilə bolqarıstanlı Stratimir Georgiyevə uduzub.
https://www.tiktok.com/@bakuplus.az/video/7438542673893510407?_r=1&_t=8rUcGnVyDvL