Bu gün Bakının rayonlarının birində içməli su fasilələrlə veriləcək. Bu haqda APA 15 dekabr tarixində “Azərsu” ASC-ə istinadən xəbər verib.
15 dekabr tarixində gün ərzində paytaxtın Xətai rayonunda içməli suyun verilməsində fasilələr yaranacaq.
Suyun verilməsində məhdudiyyətlərə səbəb rayonun Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləridir.