Bu gün, 2 oktyabr tarixində məktəbəhazırlıq qruplarında dərslərə start verilib. Bu haqda Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətinə istinadən məlumat verir.
Bu tədris ili 279 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 21 min 639 uşaq qeydiyyatdan keçib. Həftədə 4 dəfə olmaqla ümumilikdə 12 məşğələ keçirilir.
Məktəbəhazırlıq qruplarında dərslər mayın 31-də başa çatır.