top
Bu, mənəviyyatsızlığın son həddidir - Şərif Ağayar
21 fevral 2025, 05:51
- +

Bu, mənəviyyatsızlığın son həddidir - Şərif Ağayar

Bu gün Beynəlxalq Ana Dili Günüdür.

Bakuplus.az yazıçı, redaktor Şərif Ağayarla ana dilimizə münasibətimiz haqqında danışıb.

– Elm və Təhsil naziri Emin Əmrullayev demişdi ki, insanların çoxu oxuduğunu başa düşmür. Necə düşünürsən, doğrudanmı ana dilimizdə oxuduqlarımızı anlamaqda çətinlik çəkirik?

– Yəqin elmi ədəbiyyatı deyib. Elədirsə, haqlıdır. Elmi ədəbiyyatımız çox pis gündədir. Hətta çəkinmədən “Bizim elm dilimiz yoxdur” – deyə bilərik. Bəzən bunu alimlərimizin də olmamsı kimi yozurlar. Elə deyil. Söhbət dünya elminin Azərbaycan dilinə adekvat tərcüməsindən gedir. Azərbaycanda kifayət qədər alim var ki, dili çox gözəldir. Xüsusən ədəbiyyat sahəsində... Texniki elmlər, tibb, hüquq, iqtisadiyyat daha çox axsayır. Mən menecmentlə bağlı bir kitab redaktə edirdim, məlum oldu ki, çox sözün qarşılığı yoxdur. Misal üçün, neyroalim ifadəsi var türklərdə, bizdə, demək olar, işlənmir. Yaxud əqli mülkiyyət sahibinə nə deyirlər? Qarşılığı yoxdur. Həm də bu sahədən məqalə və kitablar oxuyanda çox çətin başa düşürsən. Bəzən heç nə anlamırsan. Bu problem türklərdə də var. Onların qanun dilini mütəxəssislərdən başqa heç kim anlamır. Məhkəmə hökm oxuyur, müttəhim bilmir nə dedi.             

– Necə hesab edirsən, ana dilində yazmağı bacarırıqmı? Doğrudur, müasir yazarların cümlə qura bilməməsi ilə bağlı iddialar səslənir. Amma mənim sualım umumidir, bu dildə yazmağın öhdəsindən gələ bilirikmi?

– Ana dilimizin cəfasını çəkmək Axundovdan üzübəri həmişə yazıçıların çiynində olub. Mirzə Cəlil, Səməd Vurğun, Süleyan Rəhimov, Mİrzə İbrahimov... Müasir dövrdə İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Əkrəm Əylisli, Yusif Səmədoğlu... Ancaq indi, məncə, ədəbiyyat bu dominantlığını itirib. Səbəblər çoxdur. Texniki inkişaf, sosial şəbəkələr, mətbuatın və ədəbiyyatın problemləri, qələm adamlarına inamın azalması... Lakin səbəbləri saymaq nəticəni dəyişmir: bizim dilimiz bu gün zamanla adekvat deyil. Bu və ya digər fərqlə bütün sahələrdə. Məncə, inkişaf üçün ilk növbədə ədəbiyyat və kino industriyası müasir tələblərə uyğun qurulmalı, cəmiyyətdə kitabın çəkisi artırılmalıdır. Bu məsələlər öz xoşuna baş vermir. Bir balaca administrativ müdaxilə də lazımdır. Dil korpusumuz hazır deyil. Azərbaycan Dil Qurumu fəaliyyətsizdir. Ədəbi və kino dilimizdə hələ də aqrar səciyyə daha öndədir. Çünki sənaye ölkəsi ola bilmirik. Sənaye bir neftdə var, onu da xammal kimi satırıq. Neftin pulu hesabına aqrar düşüncəli adamlar ən son model maşınlarda gəzir, ən son model telefonlar işlədir. Mindiyimiz maşın və işlətdiyimiz telefon bizdən daha intellektualdır. Belə deyək: neft bizə layiq olmadığımız komfortu verib, bir gün tükənsə və ya ucuzlaşsa, əsl mahiyyətimiz üzə çıxacaq. Məlum olacaq ki, dilimiz, mədəniyyətimiz nə qədərdirsə, o qədərik, təbiətin verdiyi var-dövlət bizi aldadıb.                   

– Ana dilində yaxşı danışmaq, yaxşı yazmaq istəyən insan nələri etməlidir, kimləri oxumalıdır?

– Ana dilini zəif bilən adamlara şifahi xalq yaradıcılığından başlamağı məsləhət bilirəm. Yorucu gələ bilər, lakin başqa variant da yoxdur. Daha sonra dilimizdə yaxşı yazan yazıçıları oxusunlar. Yuxarıda bir neçəsinin adını çəkdim. Ən müasir yazarlardan isə Səfər Alışarlını, Saday Budaqlını, Fəxri Uğurlunu, Mübariz Örəni, Ataqamı məsləhət görürəm. Ədəbiyyat təkcə dili cilalamır, həm də insanları, həyatı tanıdır. Bu günlərdə gənc dostumuz Vüqar Vanın “Haradasa olardı 13-14 yaşım” adlı avtobioqrafik romanını oxudum, bütün digər üstün məziyyətləri bir yana, on beş-iyirmi il əvvəlin cənub bölgəsini aydınca təsəvvür etdim. Oralarda az olmuşam. Lerikdə heç olmamışam. Kitab mənim üçün o məkana və o zamana işıq tutdu. Bilmədiyim çox şeyi gördüm və haradasa dolğun təsəvvürüm yarandı. 

– Bəzən belə iddialar səslənir ki, ana dilimiz kasaddır, sözlər azdır. Məsələn, bir yazıçı fikrini tam ifadə etməkdə çətinlik çəkir? Bu fikirlərlə razılaşırsanmı?

– Dünyada zəif dil yoxdur. Bütün dillər potensial ingilis dilidir. Sadəcə inkişaf dərəcəsi var. Dövlət dilimizin inkişafında maraqlı olmalıdır. Azərbaycanlı Azərbaycan dilinə inanmalıdır. Onun perspektivini görməlidir. Əgər on gəncin yeddisi öz gələcəyini Azərbaycanla və Azərbaycan dili ilə bağlamaq istəmirsə, fürsət axtarıb qaçmaq istəyirsə, ağıllı adamlar papağını qabağına qoyub aqibətimizi ciddi-ciddi düşünməlidir. Neftin pulları və Qarabağ qələbəsi gözümüzü bağlamamalı, gələcək qarşısında daha məsuliyyətli davranmağımızı şərtləndirməlidir. Neftə və Qarabağ qələbəsinə layiq bir ölkə qurmağa çalışmalıyıq. Hamımız.        

– Bəzən kafe və restoranların adının əcnəbi dildə olması, yaxud reklam lövhəsinin xarici dildə yazılması narazılıq doğurur. Sən də bu narazıların yanındasanmı? Yoxsa məsələyə fərqli yanaşırsan?

– Dilə inam məsələsinin bir komponenti də budur. Xarici adlar şüuraltımıza uğur assosiasiyası kimi yansıyır. Bizə görə bir ingilis, hətta bir rus və ya türk azərbaycanlıdan mütləq və mütləq üstündür. Eyni zamanda onların sözləri, terminləri. Dilə sevgi yaratmaq üçün insanlara o dildə yalan danışmamaq, sevinc, səadət, zövq bəxş etmək lazımdır. Bir gənc vardı, dedim, Azərbaycan filmlərinə niyə baxmırsan? Dedi, çox saxta danışırlar. Ona “Şərikli çörək” filmini məsləhət gördüm. Baxıb heyran qaldı. Çünki film “yalan danışmır”dı. Kamera həyatın gerçəkliyinə fokuslanıb pafossuz hekayə danışırdı. Əgər bir gənc efirdən bir, yerli saytlardan iki, milli məmurlardan üç yalan eşidirsə, təkcə bu vətən yox, həm də bu dil gözdən düşür. Təsəvvür edin, siz Füzulinin müqəddəs məqama qaldırdığı sözlərlə yalan danışırsınız, adam aldadırsınız. Mənə görə, bu, mənəviyyatsızlığın son həddidir. Dil xalqın, vətənin ruhudur. O olmasa nə xalq var, nə vətən. Demək, dilimizi müqəddəratımızdır. Bunu hər birimiz dərk etməliyik.

Kamran Rza

Son xəbərlər

Xəbər
Bu gün, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
Bu gün, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Bu gün, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Bu gün, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Bu gün, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Bu gün, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Bu gün, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Bu gün, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
Dünən, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
Dünən, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Dünən, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Dünən, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Dünən, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Dünən, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Dünən, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
06 sentyabr 2026, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
06 sentyabr 2026, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Oxşar xəbərlər