top
Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir
23 iyun 2026, 13:03
- ↺ +

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Səhiyyə sistemində rəqəmsal transformasiya yalnız xidmətlərin elektronlaşdırılması ilə məhdudlaşmır. Müasir yanaşma böyük həcmli tibbi məlumatların emalı, təhlili və proqnozlaşdırıcı modellərin qurulması vasitəsilə səhiyyənin daha çevik, dəqiq və vətəndaşyönümlü idarə edilməsini nəzərdə tutur. Tibbi Rəqəmsal Əkiz Sistemi də məhz bu yanaşmanın əsas elementlərindən biri kimi formalaşdırılıb".

Bu fikirləri Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib. 

Onun sözlərinə görə, bu gün səhiyyə sistemlərində yaranan ən böyük çağırışlardan biri çoxsaylı məlumatların müxtəlif platformalarda parçalanmış vəziyyətdə saxlanılmasıdır: "Tibbi Rəqəmsal Əkiz Sistemi vahid məlumat məkanı formalaşdıraraq fərqli mənbələrdən daxil olan tibbi informasiyaların inteqrasiyasını təmin edir və bu məlumatları analitik alətlər vasitəsilə dəyərə çevirir. Süni intellekt və Böyük Məlumatlar texnologiyalarının tətbiqi gələcəkdə səhiyyə xidmətlərinin reaktiv modeldən proaktiv modelə keçidini sürətləndirəcək. Bu yanaşma yalnız xəstəlik yarandıqdan sonra müdaxilə etməyi deyil, risk faktorlarını əvvəlcədən müəyyənləşdirməyi, profilaktik tədbirləri planlaşdırmağı və əhalinin sağlamlıq göstəricilərini davamlı izləməyi mümkün edəcək".
Sevinc Məhərrəmova qeyd edib ki, analitik həllər vasitəsilə xəstəliklərin yayılma tendensiyaları, risk qrupları, regionlar üzrə sağlamlıq göstəriciləri və tibbi xidmətlərə tələbat daha dəqiq qiymətləndirilə biləcək: "Bu isə, öz növbəsində, səhiyyə resurslarının planlaşdırılmasını, tibbi infrastrukturun optimallaşdırılmasını və xidmət keyfiyyətinin yüksəldilməsini dəstəkləyəcək. Gələcək mərhələlərdə süni intellekt əsaslı yanaşmalar həkimlərə klinik qərarvermədə dəstək göstərərək daha sürətli və məlumat əsaslı qərarların qəbuluna şərait yarada bilər. Eyni zamanda, vətəndaşlar fərdiləşdirilmiş xatırlatmalar, profilaktik tövsiyələr və sağlamlıq riskləri barədə daha erkən mərhələdə məlumatlandırıla bilərlər.
Beləliklə, Tibbi Rəqəmsal Əkiz Sistemi yalnız məlumatların saxlanılması platforması deyil, gələcəkdə məlumat əsaslı səhiyyə idarəçiliyinin və proqnozlaşdırıcı tibbin inkişafı üçün strateji infrastruktur rolunu oynayacaq".

Mənbə: "Sağlam radio"

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Oxşar xəbərlər